"Özünə bax"da münsiflər arasında mübahisə düşdü – fotolar

"Özünə bax"da münsiflər arasında mübahisə düşdü –  fotolar
2782 dəfə oxunub
  • A-
  • A
  • A+
ATV telekanalının zövq yarışması “Özünə bax”ın budəfəki buraxılışında maraqlı anlar yaşanıb.

Axşam.az-ın məlumatına görə, müsabiqənin dünənki bölümündə münsif kürsüsündə layihənin siması Ruhi Əliyeva, modelyer Afaq İsmayılova, stilist Elnur yer alıb. Nərgiz Allahverdiyeva, Elçin Əlibəyov, Telman Osmanlı, Ceyran adlı gənclər münsif qarşısına keçərək öz zövqlərini nümayiş etdiriblər. 18 yaşlı Nərgizin geyimi üstündə münsiflər arasında mübahisə yaranıb. Fikirləri sərt qarşılanan stilist R.Əliyevaya “Bəs mən buraya niyə gəlmişəm?” deyərək acıqlı cavab verib. Növbəti söz-söhbətə səbəb olan iştirakçı Elçin olub. Onun ayaqqabısının rəngini Elnur bəyənməyib və ona torpaq rəngini məsləhət görüb. Ruhi Əliyeva isə buna etiraz bildirib.
Gənclər arasından yalnız 18 yaşlı akrobat Elçin ikinci yarımfinala vəsiqə qazana bilib.

Qeyd edək ki, veriliş Axşam.az-ın informasiya dəstəyi ilə həftədə 3 gün saat 15:00-da yayımlanır.
 
Layihənin siması Ruhi Əliyeva, aparıcısı Rüfət Ağayev, redaktoru Ülvi Hadıyev (Şaba), Aygün Rəsulzadə, prodüseri Vüqar Şəfiyev, fotoqrafı Ruslan Əsədov, rejissoru isə Qəmər Abbasovadır.

Müsabiqədə birinci yerin sahibi olan xanıma tac, bəyə isə avtomobil hədiyyə olunacaq.