Axşam.az-ın məlumatına görə, Çina bu münasibətlə Zöhrə xanıma 14 günlük Avropaya səyahət paketi hədiyyə edib:
"Novruz bayramı ərəfəsində gedib İtaliya, Paris və Praqanı gəzəcək. Anamı təbrik edənlər arasında əməkdar artist Abbas Bağırov, müğənni Sevda Yahyayeva, Zamiq, Əkbər, dicey Fateh, Kazım, şoumen Murad Dadaşov və stilist Nərmin yer aldı. Daha sonra özüm “Günəbaxan” verilişinin canlı yayımında onun ünvanına xoş sözlərimi çatdırdım".