ATV telekanalında yayımlanan "Sağlam olun" verilişi bu həftədən tam fərqli formatda tamaşaçıların görüşünə gələcək.
Axşam.az-ın məlumatına görə, verilişdə maraqlı sujetlər izləmək imkanı əldə edəcəksiniz. Ekran işinin budəfəki buraxılışında əsas mövzu stressdən yaranan baş və bel ağrılarıdır. Psixoterapevt baş ağrılarının yaranma səbəblərinə aydınlıq gətirəcək. Səhhətinizdəki bir çox xəstəliklərlə bağlı məlumatlarla verilişin yeni buraxılışında tanış olacaqsınız.
Verilişə həftənin cümə günü saat 15:00-da ATV telekanalında baxa bilərsiniz.
Qeyd edək ki, Axşam.az saytının informasiya dəstəyi ilə yayımlanan verilişin yaradıcı kollektivi aparıcı Zərif Atayeva, redaktor Sevinc Rəcəbova, rejissor Qəmər Abbasova, koordinatorlar Vüqar Şəfiyev və Azər Baxşəliyevdən ibarətdir.