Əməkdar artist: "... ölə bilərəm"

Əməkdar artist: "... ölə bilərəm"
1991 dəfə oxunub
  • A-
  • A
  • A+

Səkkiz ilə yaxındır ki, şəkər xəstəsi olan əməkdar artist Gülnar Salmanova səhhətində yaranan problemlərdən söz açıb.
 
Axşam.az-ın lent.az-a istinadən məlumatına görə, aktrisanın vəziyyəti hazırda yaxşı olsa da, müalicəsini ev şəraitində davam etdirir.
 
Aktrisa onu müalicə edən Akademik Əhlimandan razı olduğunu söyləyib: “İndi məni Əhliman doktor müalicə edir. Ondan razıyam. Böyrəyimdə də problemlər var. Amma Əhliman doktor söylədi ki, mən sənin böyrəyini əməliyyat edə bilmərəm. Çünki bu əməliyyat olsa, ölə bilərəm”.

G.Salmanova onu da əlavə edib ki, Musiqili Teatrda fəaliyyətini davam etdirir: “Bir yerdə oturmağı sevmirəm. Bilirəm ki, bir yerdə otursam, passivləşəcəm. Ona görə də teatrda olan məşqlərə gedirəm, məşqlərimi davam etdirirəm, yenidən məni sevənlərin qarşısına çıxacağam”.

Qeyd edək ki, 2001-ci ildə əməkdar artist fəxri adına layiq görülən aktrisa "Beşmanatlıq gəlin" də Naznaz, "Özümüz bilərik" də Ceyran, "Subaylarınızdan görəsiniz" də Çiçək, "Hicran"da Çarleston, "Bankir adaxlı" da Maral, "Məhəbbət oyunu" da Ceyran, "Aldın payını, çağır dayını" tamaşasında at Balaxanım və başqa obrazları ilə tanınıb. Aktrisa ümumilikdə 178 tamaşada rol alıb.