Cazibədar model İrina Şeykin britaniyalı həmkarı Ceyms Stefenlə fotosessiyası maqazin dünyasını heyran qoysa da, şəxsi həyatında problemlər yaradıb.
Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, rusiyalı gözəlin sevgilisi, məşhur futbolçu Kriştiano Ronaldo şəkilləri gördükdə əsəbiləşib.
İrinanın Ceymslə fotolarda çox səmimi olduğunu deyən oyunçu onu qısqanıb. İ. Şeyk isə Ronaldodan işi ilə bağlı məsələlərə qarışmamasını xahiş edib. Cütlük bu məsələyə görə saatlarla mübahisə edib.