“Chanel” brendinin kreativ direktoru Karl Laqerfeld yeni maraqlı kolleksiyasını təqdim edib.
Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, Parisdə Dəb Həftəsində reallaşan nümayişdə maraqlı anlar yaşanıb.
2014-cü ilin payız-qış kolleksiyası supermarketlərin birində dəbsevərlərin ixtiyarına verilib. Şounun iştirakçılarından olan Kara Delevin, Rihanna, Venessa Paradi və Kira Naytli tamaşaçılara əyləncəli anlar yaşadıb.