Supermodel Miranda Kerr hər zaman öz ideal bədən quruluşu ilə diqqət mərkəzindədir.
Axşam.az Rusiya mətbuatına istinadən xəbər verir ki, ən dəbli jurnalların üz qabığını bəzəyən ulduz tədbirlərdən birinə maraqlı libasla qatılıb.
Hər zaman iri yarıqlar və dekolteləri ilə diqqət çəkməyi sevən Miranda bu dəfə də eyni addımla çıxış edib. Boz rəngli geyimində olan kürək dekoltesi modeli daha da fərqli edib.