Ötən gün şou-biznesin tanınmış simaları xalq artisti İlhamə Quliyevanın ətrafına toplaşıb.
Axşam.az-ın məlumatına görə, buna səbəb “Space” telekanalının müğənniyə yaradıcılıq günü keçirməsi olub. 8 Mart Beynəlxalq Qadınlar günündə efirə gedəcək verilişdə şou-biznes nümayəndələri sevilən mahnılarını səsləndiriblər.
Tədbirdə xalq artisti Səməd Səmədov, müğənni Xatirə İslam, Rüfət Ağayev, Elton Hüsenyəliyev, Sevda Yahyayeva, Xatun Əliyeva və başqaları yer alıb.