Türkiyənin "Survivor" yarışmasının 2-ci günündə qalmaqal yaşanıb.
Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, "Könüllülər" komandasının üzvü Turabi Çamkıranın dediyi sözlər "Məşhurlar"ı özündən çıxarıb.
O, rəqib komandadakı qızlara "Siz gedin, kişiləriniz gəlsin" deyib. Bundan sonra sabiq futbolçu Əhməd Dursun ona etiraz edib. Daha sonra aktyor, azərbaycanlı model Günay Musayevanın həyat yoldaşı Tolqa Karel mübahisəyə qoşulub. Tolqa "Sənə bu sözləri yedizdirərdim, amma yeri deyil. İnsanlar bizi izləyir" sözləri ilə Turabiyə cavab verib.
Aparıcı Acun Ilıcalı hər iki komandaya xəbərdarlıq etdikdən sonra ara sakitləşib.
Qeyd edək ki, "Survivor" yarışması Dominikan Respublikasında keçirilir. "Məşhurlar" komandasında aktyor Tolqa Karel, Serenay Aktaş, Eda Özerkan, Gökhan Keser, komediya ustası İsmail Baki, sabiq futbolçu Əhməd Dursun, voleybolçu Duyğu Bal, atlet Merve Aydın, "Könüllülər"də isə Mərt Palavaroğlu, Turabi Çamkıran, Yiğit Dikmən, Akın Saatçı, Ertunqa Gemuhluoğlu, Əkrəm Toraman, Bərna Sibel, Sahra Əsra Işık, Müge Uzel və Emisa Samanta iştirak edir.