Toya hazırlaşan müğənninin başına iş gəldi

Toya hazırlaşan müğənninin başına iş gəldi
3888 dəfə oxunub
  • A-
  • A
  • A+
Müğənni Elvin Abdullayevin maşınını əziblər.

Axşam.az-ın məlumatına görə, sənətçi iki gün dalbadal avtomobil qəzası keçirdiyini deyib:

“Durduğum yerdə qəfildən gəlib yan tərəfdən vurdular. Dünən isə mən başqasının maşınını vurdum. Çox ağır bir qəza deyil. Amma 500 manat ziyana düşdüm. Toyqabağı gözə gəldim. Nəzərin belə çıxmağına sevinirəm. Təki can sağlığı olsun”.

Qeyd edək ki, martın 12-də Elvinin toyu olacaq. Sənətçi ATV telekanalının əməkdaşı Afət Mehdiyeva ilə ailə həyatı quracaq.

Foto: Rəşad ABBASOV