Şakira: "Pikedən 9 uşaq istəyirəm"

Şakira: "Pikedən 9 uşaq istəyirəm"
2831 dəfə oxunub
  • A-
  • A
  • A+
Dünya şöhrətli müğənni Şakira "Latina" dərgisi üçün kamera qarşısına keçib.

Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, bu yaxınlarda "Shakira" adlı albomunu təqdim edəcəyini bildirən ifaçı şəxsi həyatından da bəhs edib:

"Ana olmaq gözəl hisdir. Bu elə bir xoşbəxtlikdir ki, onu bütün dünya ilə paylaşmaq istəyirsən. Amma Milanla kifayətlənmək fikrində deyiləm. Pikedən 9 övlad istəyirəm. Bir futbol komandası düzəlməlidir (gülür - red.)".

Qeyd edək ki, Şakira ispaniyalı futbolçu Xerar Pike ilə birlikdədir. Ötən il cütlüyün Milan adlı oğlu dünyaya gəlib.