Xərçəng xəstəliyindən əziyyət çəkən Nərmin Hüseynlinin müalicəsi üçün lazım olan məbləğin toplanması məqsədilə şəhərin müxtəlif məkanlarında aksiyalar keçirilir.
Axşam.az-ın məlumatına görə, belə tədbirlərdən biri də “28 Mall” ticarət mərkəzində baş tutub. Mərasimə rəqqasə Fatimə Fətəliyeva və müğənni Eldar Qasımov, Günay İbrahimli də qatılıb. Onlar keçirilən auksionda iştirak edərək satılan əşyalardan alıblar.