Əməkdar artist Hüsniyyə Mürvətova “Bir uşağın yarımçıq qalmış gündəliyindən” adlı sosial layihənin təqdimatını edib.
Axşam.az-ın məlumatına görə, “Əli və Nino” kitab evində baş tutan mərasimdə çıxış edən aktrisa bu video çarxın abort əleyhinə hazırlandığını deyib:
“İncəsənət adamları bu cür sosial əhəmiyyətli məsələlərdə fəallıq göstərməlidirlər. Cəmiyyətə yaxşı nümunə olmaq lazımdır. Gələcəkdə də belə layihələrlə ictimaiyyətin diqqətini çəkməyə çalışacağıq. Layihəmizin əsas məqsədi abortun ziyanlı bir şey olması ilə bağlı cəmiyyətə mesaj verməkdir”.
Qeyd edək ki, tədbirdə təşkilatçı Sədaqət Rəşidqızı da iştirak edib.