Sevda ilə Elçin qırmızı xalçada – fotolar

Sevda ilə Elçin qırmızı xalçada – fotolar
3995 dəfə oxunub
  • A-
  • A
  • A+
Müğənni Sevda Yahyayeva və Elçin Cəfərov ötən gün tədbirlərin birində fotokameramıza yaxalanıb.

Axşam.az-ın məlumatına görə, sənətçilər idmançılarla bağlı keçirilən tədbirə qatılaraq “Səni sevirəm” duetini səsləndiriblər. Yeniliklərindən bəhs edən E.Cəfərov bu yaxınlarda klip çəkilişinə başlayacağını söyləyib:
 
“İki klip çəkdirəcəyəm. Onlardan biri Ülviyyə Tağıyeva ilə “Sən” duetimizə çəkiləcək. Ekran işini Rza Əsgərova həvalə edəcəyəm. Klipdə model Azər Atakişiyev də rol alacaq. Mahnının sözləri Elməddin Həmidova, musiqisi Tərlan Məmmədhüseynov və mənə aiddir. Qeyd edim ki, Elməddin Həmidov “Mənə onu çağırın gəlsin”
mahnısının da müəllifidir. İkinci klipim isə Sevda Yahyayeva ilə duetimizə çəkiləcək. Klipi Samirə Xasməmmədova ərsəyə gətirəcək”.

Elçin Cəfərov 8 mart Beynəlxalq Qadınlar Günü münasibəti ilə layihə hazırlayıb. O, layihə çərçivəsində fotosessiya etdirəcəyini deyib.

Foto: Rəşad ABBASOV