Faiq Ağayevdən gənclərə dəstək – fotolar

Faiq Ağayevdən gənclərə dəstək – fotolar
1707 dəfə oxunub
  • A-
  • A
  • A+

Bu gün “Dostlar” qrupu “Yandım hər gecə” adlı mahnısına çəkdirdikləri klipi təqdim ediblər.

Axşam.az xəbər verir ki, hər zaman gənclərə dəstək olan xalq artisti Faiq Ağayev bu dəfə də onlardan köməyini əsirgəməyib.
 
Xalq artisti “Dostlar” qrupunu çox bəyəndiyini və gənclərin gələcəkdə peşəkar ifaçılar olacağına inandığını deyib. Daha sonra Faiq Ağayev və “Dostlar” qrupu birlikdə “Biri var imiş, biri yox imiş” duetlərini səsləndiriblər. Tədbirə qatılanlar arasında müğənnilər Günay İbrahimli, Əbdül Xalid, meyxanaçı Namiq Qaraçuxurlu, prodüser Təranə Səmədova və başqaları olub. Konfransda qarşıdan gələn 8 Mart - Beynəlxalq Qadınlar günü münasibətilə bütün xanımlara gül hədiyyə edilib.

Foto: Rəşad ABBASOV