Mayli Sayrus qastrol səfəri zamanı oxuduğu mahnıların sözlərini unudub.
Axşam.az xəbər verir ki, yaddaş zəifliyi ilə üz-üzə qalan ifaçı Las Veqasdakı konsertində xüsusi suflyor vasitəsilə ifalarının sözlərini səsləndirə bilib.
“Daily Mail“ qəzeti yazır ki, qeyri-adi rəqs şouları Maylinin fikrini yayındırır və bu, müğənni üçün problem yaradır. Sənətçinin pərəstişkarları ondan narazılıq edib. Qonaqlardan birinin sözlərinə görə, Mayli konsert boyu bütün mahnılarını telesuflyor vasitəsi ilə ifa edib. Çünki sözləri yadında saxlamaqda çətinlik çəkir.