Türkiyəli şoumen Cem Yılmaz "Möhtəşəm yüz il" serialının çəkiliş məkanını ziyarət edib.
Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, aktyor İstanbulun Tarabyada səmtinə yollanıb.
C. Yılmaz filmdə "Hasbahçe" olaraq təsvir edilən Almaniya konsulluğunun bağçasında olub. Aktyorlar və heyətin digər üzvləri ilə söhbətləşən yumorist bir müddət sonra məkanı tərk edib.
Qeyd edək ki, Cem Yılmazın yaxın dostu Ozan Güvən "Möhtəşəm yüz il"də rol alır.