Türkiyədə yaşayan azərbaycanlı model Günay Musayeva tanınmış modelyer Tolqa Çamın dəfiləsində podiuma çıxıb.
Axşam.az xəbər verir ki, Günay gecədə tüldən gəlinlik libası geyinib. Modelin paltarı açıq-saçıqlığı ilə diqqət çəkib. Dəfilə iş adamı Mübariz Mənsimovun sahibi olduğu “Billionaire club"da gerçəkləşib.
Moda nümayişindən sonra məşhurlar klubda şam yeməyi yeyib, dəfiləni qeyd ediblər.