Türkiyəli müğənni İbrahim Tatlısəs həmkarı Ebru Gündəş və həyat yoldaşı Rza Zərrabı müdafiə edib.
Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, sənətçi Tvitter səhifəsində cütlüyü tənqid edənlərə cavab verib:
"Kimsə onlar haqqında artıq söz deyəndə çox əsəbiləşirəm. Mən dostumu ölüm bahasına olsa belə, qoruyaram. Hər kəsə "dost" demirəm. Bu günə qədər sizə yalan dediyimi görmüsünüz? Məncə, yox. Çünki inandığım insanları müdafiə edirəm. Əgər Rza oğrudursa, mən də oğruyam".
Qeyd edək ki, iş adamı Rza Zərrab ötən il dekabrın 17-də rüşvət və qaçaqmalçılıq ittihamı ilə həbs olunmuş, fevralın 28-də azadlığa buraxılmışdı.