Rüstəm Cəbrayılovun imza günü keçirildi - fotolar

Rüstəm Cəbrayılovun imza günü keçirildi -  fotolar
1981 dəfə oxunub
  • A-
  • A
  • A+
Dünən Park Bulvar AVM-də "Best Model of World" müsabiqəsinin qalibi, ABŞ-da yaşayan model Rüstəm Cəbrayılovun imza günü keçirilib.

Axşam.az xəbər verir ki, "Addım Yaradıcı Gənclər Assosiasiyası"nın təşkilatçılığı ilə keçirilən tədbirin açılışını təşkilatın sədri Hüseyn Cavadzadə və telejurnalist Günay Malikqızı edib. Daha sonra media nümayəndələri və Rüstəmin sevənlərinin iştirakı ilə 4 saatlıq imza mərasimi baş tutub.

Rüstəm Cəbrayılov tədbirdə pərəstişkarlarından maraqlı hədiyyələr alıb.

H. Cavadzadə mərasimlə bağlı təəssüratlarını bölüşüb:

"Biz adımızdan göründüyü kimi, hər zaman yaradıcılıq və incəsənət sahəsində fəaliyyət göstərən gənclərə dəstək oluruq. Əminliklə söyləyə bilərəm ki, Rüstəmin uğurlarını modellik sahəsində heç bir azərbaycanlı əldə etməyib. Biz belə həmyerlilərimizə sahib çıxmalıyıq. Çünki o həm peşəsi, həm də aktiv fəaliyyəti ilə Azərbaycanı layiqli təmsil edən gəncdir".

Foto: Zeynal Məmmədli