Şoumen Murad Dadaşov ötən gün tədbirlərin birində "Oskar" mükafatlandırma mərasimində çəkilən məşhur fotoya bənzər şəkil çəkdirib.
Axşam.az-ın məlumatına görə, həmin foto “Tvitter”də 3 milyon dəfə paylaşılaraq rekord qırıb. Murad Dadaşov da paylaşdığı şəklə “Murad Dadaşovdan “Oskar” fotosu” sözlərini əlavə edib. Fotoda şoumenlə yanaşı, aparıcı Aynurə Məmmədova, yazıçı Nigar Köçərli, jurnalist Seymur Zəkəryaev, prodüser Emin Əfəndi, model Natella Kərimova və başqaları yer alıb.