Müğənni Nuri Şənləndirici “Sevgi sərxoşu” adlı mahnısına çəkdirdiyi klipinə təqdimat mərasimi keçirib.
Axşam.az-ın məlumatına görə, mahnının sözləri Leyli İsrafilovaya, musiqisi isə Zamiq Kənana məxsusdur. Ekran işinin rejissoru Anar Abbasovdur. N.Şənləndirici klipdə ukraynalı xanımla çəkilib.
Tədbirə əməkdar artist Teymur Əmrah, müğənni Könül Kərimova, Roza Zərgərli, Nadir Qafarzadə, Xatun Əliyeva, Rüfət Axundov və başqaları qatılıb.