Qənirə Paşayevanın ad günüdür

Qənirə Paşayevanın ad günüdür
2591 dəfə oxunub
  • A-
  • A
  • A+
Bu gün millət vəkili, deputat Qənirə Paşayevanın ad günüdür. 

Axşam.az-ın məlumatına görə, Qənirə Paşayeva 1975-ci ildə Tovuz rayonunun Düz Qırıqlı kəndində anadan olub. Azərbaycan Dövlət Tibb Universitetinin pediatriya fakültəsini və Bakı Dövlət Universitetinin beynəlxalq hüquq fakültəsini bitirib.

1998-ci ildən ANS televiziya şirkətinin “Xəbərlər” xidmətində reportyor, müxbir, redaktor, aparıcı redaktor, baş aparıcı redaktor, baş redaktorun müavini, “Xəbərlər” redaksiyası baş redaktorunun müavini vəzifələrində çalışıb. 2005-ci ildən Heydər Əliyev Fondunun İctimaiyyətlə əlaqələr departamentinin rəhbəridir.

2005-ci il noyabrın 6-da 105 saylı Tovuz seçki dairəsindən deputat seçilib. Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr daimi komissiyasının üzvüdür. Azərbaycan-Gürcüstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Azərbaycan-Hindistan, Azərbaycan-Türkiyə, Azərbaycan-Yaponiya parlamentlərarası əlaqələr üzrə işçi qruplarının, Avropa Şurasının Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin üzvüdür.

Gürcüstanın fəxri vətəndaşıdır.