Müğənni Xatun ötən gün tədbirlərin birində fotokameramızın obyektivinə düşüb.
Axşam.az-ın məlumatına görə, sənətçinin xeyli arıqlaması diqqətdən qaçmayıb. Uzun müddətdir ciddi pəhriz saxlayan Xatun hələ də görünüşündən razı deyil. O, efirdə realda olduğundan artıq çəkili göründüyünü və bir az da arıqlamağa çalışdığını deyib.
Qeyd edək ki, ifaçı arıqlamaq üçün çörək yemədiyini, şirniyyat əvəzinə quru meyvələrdən istifadə etdiyini və idmanla məşğul olduğunu bildirmişdi.