Müğənni Elton Hüseynəliyev 106.3 FM-də yayımlanan “Muleyli” şousunun qonağı olub.
Axşam.az-ın məlumatına görə, sənətçi canlı ifaları ilə xanımları 8 Mart münasibətilə təbrik edib. Verilişə telefonla bağlanan xalq artisti İlhamə Quliyeva Eltonun ünvanına xoş sözlər deyib:
“Eltonun səhnəyə gəlməsinə ilk xeyir-duanı mən vermişəm. Mənim müsbət auram ona sənətdə uğur gətirib. Eltonun mahnılarını sevə-sevə dinləyirəm. Son vaxtlar prodüser Toliklə çalışır. Tolikin əli hansı müğənniyə dəydisə, onun işləri yaxşı gedəcək”.