Türk mediası Rəqsanədən yazdı – fotolar

Türk mediası Rəqsanədən yazdı – fotolar
9791 dəfə oxunub
  • A-
  • A
  • A+
Türk mediası müğənni Rəqsanə İsmayılovanın qardaş ölkədəki fəaliyyətindən yazıb.

Axşam.az-ın məlumatına görə, bugünkü qəzetlərdə “Biskolata oğlanı ilə hovuza girdi” başlıqlı yazılar yayımlanıb. Məqalədə bunlar qeyd edilib:

“Azərbaycanın tanınmış müğənnisi Rəqsanə Türkiyədə ilk klipini çəkib. Sənətçi “Biskolata” reklamı ilə məşhurlaşan ispaniyalı model Karlos Martinlə “Alma məndən gözlərini” adlı mahnısını ekranlaşdırıb. Teoman Topçunun çəkdiyi klipdə Karlos və Rəqsanə 9 ton su olan hovuza girib. Onların yaxınlaşması və sevgisini izah edən görüntülərin yer aldığı ekran işi bir günə lentə alınıb”.

R.İsmayılova ikinci klipini türkiyəli ifaçı Selami Şahinin bəstəsinə çəkəcəyini vurğulayıb:

“Bir mahnım var, musiqisi özümündür. Sözlərini isə Selami Şahin yazacaq. Gələcəkdə onunla duet də planlaşdırırıq”.