Ruhi üçün əlamətdar gün – fotolar

Ruhi üçün əlamətdar gün – fotolar
5041 dəfə oxunub
  • A-
  • A
  • A+
Bu gün “Özünə bax” layihəsinin siması, iş xanımı Ruhi Əliyevanın ad günüdür.

Axşam.az-ın məlumatına görə, o, Tovuzda anadan olub. İlk dəfə səhnəyə müğənni kimi gəlib. Ruhi “Sevdim”, “Güllərim soldu”, “Bilə-bilə” kimi mahnılar səsləndirib.

R.Əliyeva bu gün ad gününü qadın həbsxanasında qeyd edib. O, 500 ədəd qızıl gül alaraq həbsxanaya yollanıb. Onunla birlikdə qadın təcridxanasına müğənni Elton Hüseynəliyev, prodüser Tolik, meyxanaçı Ehtiram və İntiqam qardaşları da gedib. R.Əliyeva ən böyük savabın həbsxanada olan xanımlara belə bir gündə diqqət göstərmək olduğunu vurğulayıb.

Ruhinin Həsən və Məhəmməd adlı əkiz övladları var.

Axşam.az kollektivi R.Əliyevanı ad günü münasibəti ilə təbrik edir, ona gələcək işlərində uğurlar arzulayır.