“Özünə bax” layihəsinin siması Ruhi Əliyeva ad gününü təntənəli şəkildə qeyd edib.
Axşam.az xəbər verir ki, o, məşhur restoranlardan birində dostlarını ətrafına toplayaraq əyləncəli anlar yaşayıb. Tədbirin təşkilati işləri Tolikə həvalə olunub.
Şoumen Murad Dadaşov R.Əliyevaya maraqlı tort hədiyyə edib. Mərasimə xalq artisti Aygün Kazımova, aktrisa Firəngiz Mütəllimova və bacısı Nərgiz Mütəllimova, stilist Nigar İbrahimova, aparıcılar Zaur Baxşəliyev, Günay Baxşəliyeva, Kamilə Babayeva, müğənni Sevda Yahyayeva, Elçin Cəfərov və başqaları qatılıb. Gecənin sürprizi isə türkiyəli modelyer Hakan Akkayanın tədbirə təşrif buyurması olub. Mərasimdən olan fotoları təqdim edirik: