Bu gündən etibarən Lider TV-nin “Solo” verilişi yeni vaxtda yayımlanacaq.
Bu barədə Axşam.az-a proqramın aparıcısı Murad Arif məlumat verib:
“Mənim təqdimatımda olan “Solo” verilişi yeni vaxtda tamaşaçıların görüşünə gəlir. Düz beş il öncə yaratdığım proqram artıq bu axşam doğma “Lider” kanalında saat 20:00-da başlayacaq. Verilişin ilk qonağı Faiq Ağayev olacaq. Yaxın müddətdə isə proqramın möhtəşəm 5 illik yubileyi keçiriləcək. 5 ildir, musiqi və musiqiçilərin sevimli proqramı olduğumuz üçün qürur duyuram”.