Türkiyəli aktyor Engin Altan Düzyatan və həmkarı Neslişah Alkoçlar nişanlanıb.
Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, cütlük ötən gün İstanbulda məşhurların tez-tez yollandığı “Xəyal” restoranında görüntülənib.
Engin və Neslişah bir neçə gün əvvəl nişanlandıqlarını açıqlayıblar. Sənətçilər nişan mərasimini mediadan gizli həyata keçirib. Bebekdə yerləşən restoranlardan birində keçirilən mərasimə yalnız cütlüyün yaxınları qatılıb.