Bu gün saat 21:00-da model Günay Musayevanın rol aldığı “Türk tranziti” serialının ilk hissəsi Rusiyanın RTR2 telekanalında efirə gedəcək.Axşam.az xəbər verir ki, Günay 8 bölümlü teleserialda “Şahnur” obrazını canlandırır.
“Türk tranziti” Vladimir Qrinkovun eyniadlı bestsellerinin motivləri əsasında çəkilir. Serialda tanınmış kinoaktyorlar Yanina Studilina, Boris Şerbakov, Yulya Melnikova, Eldar Lebedev, Vladimir Jerebsov, Larisa Kadoçinkova, Beso Qatayev, Maksim Vajov, Aleksandr Lobanov rol alıb. G. Musayeva Türkiyədə keçirilən kastinqə qatılan 380 namizəd arasından seçilib.
Qeyd edək ki, rus-türk mafiyasından bəhs edən bədii serialda rusiyalı əkiz bacıların mafiya tərəfindən oğurlanaraq Türkiyəyə gətirilməsi təsvir olunur.