ATV-də canlı yayımda mübahisə düşdü - fotolar

ATV-də canlı yayımda mübahisə düşdü -  fotolar
3738 dəfə oxunub
  • A-
  • A
  • A+
Ötən gün ATV telekanalında yayımlanan “Özünə bax 2” zövq yarışmasın növbəti buraxılışı baş tutub.

Axşam.az-ın məlumatına görə, münsif kürsüsündə layihənin siması Ruhi Əliyeva, modelyer Afaq İsmayılzadə, moda məsləhətçisi Elnarə Bəkir yer alıb. Verilişin sözügedən buraxılışında münsiflər arasında mübahisə yaranıb. Belə ki, xanım iştirakçılardan birinin geyindiyi corab ətrafında müxtəlif fikirlər səslənib. E.Bəkir bunun lüzumsuz olduğunu desə də, Afaq İsmayılzadə səslənən fikirlə razılaşmayıb və etirazını bildirib.

Leyla Şiriyeva, Ağamir Quliyev, Fidan Kərimova və Əlimran Babayev adlı iştirakçılar münsif qarşısına keçib. Onlar arasında yalnız Əlimranın geyimi bəyənilməyib.

“Özünə bax” kollektivi tamaşaçılar üçün də sürpriz hazırlayıb. Belə ki, ən diqqətli izləyici veriliş tərəfindən maraqlı hədiyyələr qazana biləcək. Bunun üçün “Özünə bax”ı diqqətlə izləyib, həftənin çərşənbə günü təqdim olunacaq suala düzgün cavab vermək kifayətdir.

Qeyd edək ki, veriliş Axşam.az-ın informasiya dəstəyi ilə həftənin ilk üç günü saat 15:00-da canlı yayımlanır. Layihənin siması Ruhi Əliyeva, aparıcısı Rüfət Ağayev, redaktoru Ülvi Hadıyev (Şaba), Aygün Rəsulzadə, prodüseri Vüqar Şəfiyev, fotoqrafı Ruslan Əsədov, rejissoru isə Qəmər Abbasovadır.

Müsabiqədə birinci yerin sahibi olacaq xanıma tac, bəyə isə avtomobil hədiyyə olunacaq.