Müğənni Kərim Abbasov “Mənə bir az ondan danış” adlı klipinə təqdimat keçirib.
Axşam.az-ın məlumatına görə, mahnının sözləri Vüqar Rahiyə, musiqisi sənətçinin özünə aiddir. Ekran işinin rejissoru Rəhman Əliyevdir. Kərim klipdə dustaq obrazı canlandırır. Sənətçi ssenarinin özünə aid olduğunu deyib:
“Maraqlı sonluğu olan klip təqdim etmək istəyirdim. Ümid edirəm ki, bu ekran işim də uğurlu alınacaq”.
Sənətçini təbrik etməyə gələnlər arasında həmkarları Xatirə İslam, Günay İbrahimli, Ramal, Emil Bədəlov, Xatun, rəqqasə Oksana Rəsulova və başqaları yer alıb.