Rəqqasə Fatimə Fətəliyeva və Aşıq Samirə Əliyeva Şamaxıya yollanıb.
Axşam.az-ın məlumatına görə, “Zəhmətkeş ulduzlar” verilişinin çəkilişləri üçün baş tutan səfərdə muğam ifaçısı Elnarə Abdullayeva, Ehtiram və İntiqam qardaşları da iştirak edib. Sənətçilər milli geyimdə rəqs ediblər. Onlar rayon sakinlərinin evində qonaq olaraq yel çərşənbəsini qeyd ediblər.