“Zirvədəkilər”dən bayram çəkilişi “Zirvədəkilər” layihəsi Novruz bayramı münasibətilə maraqlı çəkiliş edib.
Axşam.az-ın məlumatına görə, Atəşgahda lentə alınan proqramda müğənni Məryəm Şabanova, Sənan Əliyev, Samira Allahverdiyeva, Səidə Dadaşova, Elçin Hüseynov və başqaları yer alıb. Bayram buraxılışının siması isə Məryəm Şabanova seçilib. O, milli geyimi ilə diqqət çəkib. Qeyd edək ki, müsabiqənin növbəti buraxılışı marıtn 14-də, saat 16:00-da Lider telekanalında yayımlanacaq. Ötən həftənin qalibi S.Əliyevin “Zaman” mahnısı olub.
Qeyd edək ki, “Zirvədəkilər” layihəsinin rejissoru və müəllifi Nail Naiboğlu, prodüseri Pərviz Oqtayoğlu, musiqi redaktoru Rauf Sahiboğludur. Layihənin informasiya dəstəyi Axşam.az saytına məxsusdur. Səsvermənin nəticəsi mayda bəlli olacaq. Bununla bağlı böyük qala konsert keçiriləcək. Gecədə qaliblərə mükafatları təqdim olunacaq.