Müğənni Şakira kamera qarşısına keçib.
Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, o, “Women's Health” jurnalının yeni sayının üzqabığında yer alıb. Müğənni ideal bədən quruluşuna qovuşmağın sirlərindən danışıb:
“Mən düzgün qidalanmağa və idmanla məşğul olmağa çalışıram. Bəzən bütün günümü basketbol, tennis oynamaqla, üzgüçülüklə məşğul olmaqla keçirirəm. Hər gün bunlara əməl etməklə formamı qorumağı bacarıram”.
Hər zaman rəqsləri ilə seçilən ulduz bunu Kolumbiyada dünyaya gəlməsi ilə əlaqələndirib:
“Mənə elə gəlir ki, doğulduğum gündən rəqs edirəm. Digər tərəfdən hər ölkənin öz mədəniyyəti olduğunu nəzərə alsaq, Kolumbiyada dünyaya gəlməyim də buna şərait yaradıb. Çünki orada hər kəs rəqs edir”.