Monika Belluççi Moskvada - fotolar

Monika Belluççi Moskvada - fotolar
2191 dəfə oxunub
  • A-
  • A
  • A+

Cazibədar aktrisa Monika Belluççi Moskvada “Dolce&Gabbana” ətriyyat-kosmetika butikinin açılışına qatılıb.

Axşam.az Rusiya mətbuatına istinadən xəbər verir ki, tədbirdə markanın yaradıcıları, italyan dizaynerlər Stefano Qabbana və Domeniko Dolçe də iştirak edib.

Açılış mərasimi böyük səs-küy doğurub. Bir çox məşhur simaların qatıldığı mərasimdə bütün diqqət Monikanın üzərində olub. Pərəstişkarları ilə səmimi ünsiyyət qurub, onlarla foto çəkdirən Belluççi jurnalistlərin də suallarını cavablandırıb. Aktrisa tədbirə gələn hər kəsi gözəlliyinə heyran qoyub.