Elvinlə Afətin toyu oldu - fotolar

Elvinlə Afətin toyu oldu -  fotolar
17071 dəfə oxunub
  • A-
  • A
  • A+
Ötən gün müğənni Elvin Abdullayevin toy mərasimi baş tutub.

Axşam.az-ın məlumatına görə, sənətçi ATV telekanalının "Şarm" verilişinin rejissoru Afət Mehdiyeva ilə nikah masasına oturub. Maraqlı anların yaşandığı gecəyə şou-biznesin tanınmış simaları da qatılıb.

Gecənin aparıcısı Azər Axşam olub. Müğənni Elton Hüseynəliyevin idarə etdiyi toyda xalq artisti Flora Kərimova da iştirak edib. O, cütlük üçün sevilən mahnılarını səsləndirib. Mərasimdə Elvin həyat yoldaşı üçün yeni yazdırdığı mahnını təqdim edib.

Gecədə əməkdar artist Almaz Ələsgərli, Nüşabə Ələsgərli, müğənnilər Nadir Qafarzadə, Niyam Səlami, Elçin Hüseynov, Günay İbrahimli, Sevda Yahyayeva, Elçin Cəfərov, Sənan Əliyev, Nicat Rəhimov, Xatun, Əbdül Xaliq, aparıcılar İlkin Həsəni, Nərgiz Məmmədova, Afaq Gəncəli, Rüfət Ağayev, Günel Hümbətova və digərləri iştirak edib.

Toy mərasimindən fotoları təqdim edirik.

Foto: Rəşad ABBASOV