Anası azərbaycanlı olan məşhur model Bakıya gəldi - fotolar

Anası azərbaycanlı olan məşhur model Bakıya gəldi - fotolar
3457 dəfə oxunub
  • A-
  • A
  • A+

Dünyaşöhrətli İtaliyalı model Byanka Balti Bakıdadır.

Axşam.az qafqazinfo.az-a istinadən xəbər verir ki, bu barədə model özünün İnstaqram səhifəsində məlumat verib. 29 yaşlı model Azərbaycana gəlmək səbəbini açıqlamasa da, Ülviyyə Mahmudovanın baş redaktoru olduğu “Nargiz” jurnalının rəsmi İnstaqram səhifəsində modelin Bakıda çəkilən fotosu yerləşdirilib.

Qeyd edək ki, anası azərbaycanlı, atası italiyalı olan Byanka Balti dünyanın ən çox gəlir əldə edən modellərindən biridir. 2012-ci ildən Byanka Balti aktrisa Monika Belluççi ilə birgə Dolce & Gabbana brendinin siması olub.