"Qarabağın səsi" üçün bir araya gələcəklər

"Qarabağın səsi" üçün bir araya gələcəklər
825 dəfə oxunub
  • A-
  • A
  • A+

Sənət aləminin tanınmış simaları "Qarabağın səsi" layihəsində bir araya gələcəklər.

Axşam.az xəbər verir ki, xeyriyyə məqsədilə təşkil olunan layihədə Xalq artistləri Alim Qasımov, Nazpəri Dostəliyeva, Əməkdar artist Mətanət İsgəndərli, müğənnilər Elşən Xəzər, Ülviyyə Namazova və başqaları yer alacaqlar.

"Wediacorp"un dəstəyilə planlaşdırılan tədbirdə əldə olunacaq gəlir Qarabağ müharibəsi zamanı zərər görən, ailə üzvlərini və evlərini itirənlərə veriləcək.

Konsert proqramı noyabrln 28-də olacaq və Facebook, İnstaqram, YouTube kimi bir çox sosial platformada eyni vaxtda yayımlanacaq. Müğənnilər vətənpərvərlik mövzusunda olan mahnılarını bu dəfə "Qarabağın səsi" üçün oxuyacaqlar.