AzTV 5000 manat cərimələnib

AzTV 5000 manat cərimələnib
3468 dəfə oxunub
  • A-
  • A
  • A+

Milli Televiziya və Radio Şurasının müraciəti əsasında ötən il AzTV 5000 manat məbləğində cərimələnib.

Axşam.az xəbər verir ki, bu  barədə şuranın 2020- ci il hesabatında qeyd olunub.

Bildirilir ki, İnzibati Xətalar Məcəlləsinin 428.11-ci maddəsinə əsasən “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC (AZTV kanalı) barəsində  8 may 2020-ci il tarixdə inzibati protokol tərtib edilərək müvafiq rayon məhkəməsinə göndərilib. Məhkəmə tərəfindən qeyd olunan pozuntuya görə “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-ə 5000 (beş min) manat cərimə cəzası tətbiq edilib.