20 Yanvar günü fişəng atan şəxs saxlanıldı - Video

20 Yanvar günü fişəng atan şəxs saxlanıldı - Video
1738 dəfə oxunub
  • A-
  • A
  • A+

Yanvarın 20-də gecə saat 23 radələrində Qaradağ rayonunun Sahil qəsəbəsi ərazisində naməlum şəxs havaya fişəng atıb.

Axşam.az DİN-də istinadən xəbər verir ki, polis əməkdaşları tərəfindən dərhal həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədən qəsəbə sakini, spirtli içki aludəçisi olan Ə.Məmmədov müəyyən edilərək saxlanılıb.

Onun hərəkətinə hüquqi qiymət verilməsi üçün barəsində toplanan materiallar məhkəməyə göndərilib.