Aygün Kazımovanın ad günü hədiyyəsi: “Qovuşmayan qadınlara həsr edirəm”

Aygün Kazımovanın ad günü hədiyyəsi: “Qovuşmayan qadınlara həsr edirəm”
3748 dəfə oxunub
  • A-
  • A
  • A+

Xalq artisti Aygün Kazımova ənənəsinə sadiq qalaraq bu dəfə də doğum günündə pərəstişkarlarını sevindirib.

Axşam.az xəbər verir ki, müğənni “Bu qadın” adlı yeni klipini təqdim edib.  Ekran işini Türkiyənin məşhur rejissoru Selim Akar lentə alıb.

18 saatdan artıq davam edən çəkiliş zamanı 30-dan çox insan çalışıb. İstanbulda ağır hava şəraitinə baxmayaraq, A.Kazımova klip çəkilişini dayandırmayıb. O, 8 saat qarın altında qalaraq, çəkilişləri davam etdirib.

Kazımovanın imici üzərində modelyer Rüfət İsmayıl çalışıb. Klipdə əsgər sevgilisinə qovuşmayan xanımın həyat hekayəsindən bəhs edilir.

A.Kazımova yeni ekran işindən danışaraq “Doğum günümdə təqdim etdiyim yeni layihəmi gözü yolda qalan, sevdiklərini, əzizlərini itirən, sevgilisinə qovuşmayan qadınlarımıza həsr edirəm.
“Bu qadın” tək deyil: mən, sən, o, biz - hamımız həmin qadınların dərd ortağıyıq.
Doğum günümdə də bütün duyğularımı onlarla bərabər yaşayıram” sözlərini söyləyib.

Qeyd edək ki, “Bu qadın” mahnısının sözləri və musiqisi Mc Murada məxsusdur.