Koronavirusa yoluxan modelin səhhəti ağırlaşdı

Koronavirusa yoluxan modelin səhhəti ağırlaşdı
628 dəfə oxunub
  • A-
  • A
  • A+
Model Deniz Akkaya bir neçə gün əvvəl koronavirusa yoluxub.

Axşam.az türk mətbuatına istinadən bildirir ki, modelin səhhəti qəfildən pisləşib və hərarəti artıb. Deniz təcili olaraq xəstəxanaya yerləşdirilib.

Sosial şəbəkə hesabında “Evdə müalicə ala bilmədim. Gərək xəstəxanaya getməmək üçün təkid etməzdim” yazan Akkaya bunları əlavə edib:

“Yoluxduğumu öyrənəndə fikirləşdim evdə qalaraq sağala bilərəm. Lakin indiyədək səhhətim bu qədər ağırlaşmamışdı. Bu televiziyadan yoluxma sayını açıqlamaq qədər asan deyil. Anladım ki, hələ uzun müddət xəstəxanadayam”.