Axşam.az xarici KİV-ə istinadən xəbər verir ki, aktyorları və ssenarisi ilə sosial şəbəkələrdə tez-tez müzakirə edilən və bəyənilən ekran işi bu dəfə tənqidlərə tuş gəlib.
Belə ki, serialın yayımından əvvəl nümayiş edilən treylerində maraqlı səhnə yer alıb. Ekran əsərində isə o səhnənin yayımı aradan qaldırılıb. Həmin epizodda Barış obrazına həyat verən Engin Öztürkün hovuz kənarında yatdığı əks olunub.
Tamaşaçılar yeni bölümdə bu səhnəni səbirsizliklə gözləsələr də, serialda görə bilməyiblər. Rejissorun belə etməsi onları əsəbiləşdirib.