Hadisə sevgisini biləyinə yazdırdı - Fotolar

Hadisə sevgisini biləyinə yazdırdı - Fotolar
1900 dəfə oxunub
  • A-
  • A
  • A+
Şəxsi həyatı ilə mətbuatın gündəmindən düşməyən Hadisə bu dəfə yeni döyməsi ilə xeyli diqqət çəkib.

Axşam.az Türkiyə KİV-nə istinadən bildirir ki, sənətçi sevgilisi Kaan Yıldırımla öz adının baş hərflərini biləyinə həkk etdirib.

Hadisə fotolar çəkdirərək bu yeniliyi İnstaqram istifadəçiləri ilə bölüşüb. Onun döyməsi sosial media istifadəçilərinin müzakirə obyektinə çevrilib və çox bəyənilib.

Qeyd edək ki, Hadisə bir müddət əvvəl ayağındakı "eşq" sözü yazılan döyməsi ilə də xeyli müzakirə edilib.