Gecə işləyən çayxana aşkarlandı

Gecə işləyən çayxana aşkarlandı
161 dəfə oxunub
  • A-
  • A
  • A+

Samux rayon Polis Şöbəsinin əməkdaşları inzibati ərazilərində xidmət aparan zamanı gecə saatlarında gizli şəkildə fəaliyyət göstərən çay evi aşkarlayıb.

Axşam.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, obyekt sahibi-Xaliq Kərimov və müştərilər - Elşən Əliyev, Mehman Əhmədov və Bəylər Yusibov saxlanılaraq RPŞ-yə gətirilib və barələrində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) ilə 200 manat məbləğində cərimə edilib.