"Allah heç bir bacıya qardaş dağı göstərməsin" - Fotolar

"Allah heç bir bacıya qardaş dağı göstərməsin" - Fotolar
13914 dəfə oxunub
  • A-
  • A
  • A+
Xəbər verdiyimiz kimi, Xalq artisti Yalçın Rzazadə ilə evində vida mərasimi keçirilib.

Mərhum müğənnini bacısı Gülnaz xanım Axşam.az-a açıqlamasında qardaşından danışarkən halı pisləşib. O bildirib ki, tək istəkləri Yalçın Rzazadənin səsinin unudulmamasıdır:

"Rəbbim bu dağı mənə çəkdi. Nəfəsim, qardaşım getdi. Allah heç bir bacıya qardaş dağı göstərməsin. Qardaşım xəstə olanda Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Türkiyəyə aparıldı. Yüksək səviyyədə müalicəsi edildi. İndi tək diləyimiz qardaşımın səsi unudulmasın".

Zöhrə Pənahi