Evində partlayış olan Cavidin bədəninin 70 faizi yanıb

Evində partlayış olan Cavidin bədəninin 70 faizi yanıb
4012 dəfə oxunub
  • A-
  • A
  • A+

Yaşadığı mənzildə partlayış baş verməsi nəticəsində xəsarət alaraq xəstəxanaya yerləşdirilən Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının aktyoru Cavid Telmanın son vəziyyəti açıqlanıb.

Axşam.az xəbər verir ki, bu barədə teatrın mətbuat xidmətinin rəhbəri Həmidə Rüstəmova məlumat yayıb. O bildirib ki, C.Telman hazırda 5 nömrəli Şəhər Klinik Xəstəxanasının Yanıq şöbəsindədir:

"Cavid İbrahimova (Telman) 3-cü dərəcəli yanıq diaqnozu qoyulub. Hazırda xəstəxananın reanimasiya şöbəsində müalicəsi davam etdirilən aktyorun bədəninin 70 faizi yanıb. Vəziyyəti orta-ağır kimi qiymətləndirilir".