"Çelsi"nin sahibi Roman Abrahimoviçin 430 milyon funt sterlinqlik yeni yaxtasının ilk dəfə görüntüləri yayılıb.

Axşam.az "Qol.az"a istinadən xəbər verir ki, helikopter meydançası da daxil olmaqla səkkiz göyərtəyə sahib olan 460ft Solaris yaxtasının inşası tamamlanmaq üzrədir. Bu, dünyanın ən güclü və ən böyük yaxtası olacaq.

Yaxta Almaniyanın Bremerhaven şəhərindəki Lloyd Verft gəmiqayırma zavodunda inşa edilir.

Rus iş adamının yeni yaxtası 36 sərnişin tutumlu 48 kabin və 60 nəfərlik bir heyətə sahib olacaq.

460ft Solaris, Bukingem Sarayından daha böyük bir ərazidə inşa edilib.

 
 
 
 
 
 


                 

Xəbər lenti